Azərbaycan Tacikistana pambıq yağı ixracını kəskin artırıb
- 07 avqust, 2025
- 12:03
Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 2,4 milyon ABŞ dolları dəyərində 3 650 ton pambıq yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 90 %, kəmiyyət olaraq – 65 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84 % çox) 2 106 ton (+57 %), Tacikistana 845 min ABŞ dolları dəyərində (+5 dəfə) 1 170 ton (+4 dəfə), Özbəkistana 174,2 min ABŞ dolları dəyərində 260 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 69,5 min ABŞ dolları dəyərində 90,7 ton (bir il əvvəl tədarük olmayıb) və Qırğızıstana 34,3 min ABŞ dolları dəyərində (+44 %) 23,8 ton (+31 %) məhsul ixrac edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 4,5 min ton pambıq yağının 52 %-i Türkiyənin payına düşüb.