Azərbaycan Syerra-Leoneyə yumurta satmağa başlayıb
- 16 may, 2025
- 14:57
Bu ilin yanvar-mart aylarında Azərbaycan 2,35 milyon ABŞ dolları dəyərində 36 milyon 37,8 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurtalardan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 1,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59,3 % çoxdur) 30 milyon 218 min ədəd (+2,4 dəfə), Amerika Birləşmiş Ştatlarına 467,8 min ABŞ dolları dəyərində 5 milyon 27 min ədəd (bir il əvvəl tədarük olmayıb) və Syerra-Leoneyə 50,6 min ABŞ dolları dəyərində 792 min ədəd yumurta satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Syerra-Leoneyə tədarük həyata keçirilib.