Azərbaycan Stavropoldan 5 tona yaxın dərman preparatı alıb

Biznes
  • 15 noyabr, 2023
  • 11:53
Azərbaycan Stavropoldan 5 tona yaxın dərman preparatı alıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyanın Stavropol vilayətindən 4,8 ton dərman preparatı idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, 9 ayda bölgədən ümumilikdə 25 tona yaxın vaksin və 15 partiya zərdab ixrac edilib.

Stavropolun dərman preparatlarının əsas idxalçıları İran (7 ton), Türkiyə (6,65 ton), Azərbaycan və Tacikistan (4,1 ton) olub.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ixrac edilən məhsulları yoxlayıb və daşınma şəraitinə nəzarət edib.

44 filmi