Azərbaycan Standartlaşdırma İnstitutu potensialını artırır

Azərbaycan Standartlaşdırma İnstitutu potensialını artırır Hazırda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) potensialının artırması həyata keçirilir.
Biznes
27 May , 2024 10:00
Azərbaycan Standartlaşdırma İnstitutu potensialını artırır

Hazırda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) potensialının artırması həyata keçirilir.

"Report " xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov AZSTAND-ın təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün Bakıda keçirdiyi “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarda bildirib.

"Bu baxımdan mütəxəssislərin səviyyəsinin artırılmasına çox böyük diqqət yetirilir. Bu gün Bakıda bu tədbirin keçirilməsi çox vacibdir. Hazırda bazara nəzarət üzərində iş aparılır, mövcud qanunvericiliyə yenidən baxılır və keyfiyyət infrastruktur sistemimizi beynəlxalq tələblərə uyğun qururuq", - deyə o qeyd edib.

"Bu ilin sonuna qədər Azərbaycan Metrologiya İnstitutunda yeni etalon laboratoriyalarının sayının 20-yə çatdırılması, o cümlədən bu il 12 yeni laboratoriyanın qurulması nəzərdə tutulub", - deyə İ.Həsənov əlavə edib.

Son xəbərlər

Orphus sistemi