Azərbaycan Şri-Lankadan darçın alışını 2 dəfədən çox artırıb

Biznes
  • 24 noyabr, 2023
  • 13:26
Azərbaycan Şri-Lankadan darçın alışını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 212 min ABŞ dolları dəyərində 48,2 ton darçın idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 53 % azdır.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 60,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 13,85 ton (-52 %), Şri-Lankadan 54,6 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 6,3 ton (+2,3 dəfə), Çindən 42,1 min ABŞ dolları dəyərində (-5 %) 16 ton (+6,7 %), Türkiyədən 18,5 min ABŞ dolları dəyərində (-19 %) 1,5 ton (-21 %), Hindistandan 16,1 min ABŞ dolları dəyərində (-46 %) 5,5 ton (-45 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 116 ton darçının 37,1 %-i İranın, 31,9 %-i Vyetnamın 16,4 %-i Çinin payına düşüb.

44 filmi