Azərbaycan Slovakiyadan tərəvəz toxumu idxal etməyə başlayıb

Biznes
  • 07 may, 2024
  • 12:26
Azərbaycan Slovakiyadan tərəvəz toxumu idxal etməyə başlayıb

Bu ilin ilk 2 ayı ərzində Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 35,24 ton tərəvəz toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 312 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 7,63 ton (+53 %), Birləşmiş Tanzaniya Respublikasından 244 min ABŞ dolları dəyərində (+16 %) 0,18 ton (+20 %), Niderlanddan 187 min ABŞ dolları dəyərində (-30 %) 0,06 ton (+6 dəfə), Tailanddan 186 min ABŞ dolları dəyərində (+94 %) 0,02 ton (+2 dəfə), Çindən 165 min ABŞ dolları dəyərində (-0,02 %) 0,38 ton (+5 dəfə) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan (40 min ABŞ dolları dəyərində 0,51 ton) tədarük həyata keçirilib.

44 filmi