Azərbaycan Slovakiyadan mikrodalğalı soba idxal etməyə başlayıb

Biznes
  • 27 yanvar, 2024
  • 11:38
Azərbaycan Slovakiyadan mikrodalğalı soba idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 5,51 milyon ABŞ dolları dəyərində 75 min 938 ədəd mikrodalğalı soba idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 57 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,3 milyon ABŞ dolları dəyərində (+44 %) 55 min 588 ədəd (+53 %), Malayziyadan 1,17 milyon ABŞ dolları dəyərində (+37 %) 13 min 367 ədəd (+43 %), Böyük Britaniyadan 243 min ABŞ dolları dəyərində (+17 %) 525 ədəd (+11 %), Koreya Respublikasından 191 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 434 ədəd (+5,9 dəfə), Slovakiyadan 135 min ABŞ dolları dəyərində 1 min 436 ədəd soba alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan tədarük həyata keçirilib.

44 filmi