Azərbaycan Slovakiyadan donuz piyi tədarük etməyə başlayıb

Biznes
  • 16 dekabr, 2023
  • 09:17
Azərbaycan Slovakiyadan donuz piyi tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,8 milyon ABŞ dolları dəyərində 1 min 968 ton donuz piyi (təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda olan) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 21 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 729 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,7 % azdır) 534,4 ton (+0,6 %), Argentinadan 537,2 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 432 ton (+4,4 dəfə), Belçikadan 321,5 min ABŞ dolları dəyərində 230 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 320,5 min ABŞ dolları dəyərində (+87 %) 194,3 ton (+64 %), Danimarkadan 265,62 min ABŞ dolları dəyərində (-34 %) 155 ton (-44 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan (16 min ABŞ dolları dəyərində 7,83 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 3 min 679 ton donuz piyinin 22,1 %-i Almaniyanın, 21,3 %-i Niderlandın, 16,1 %-i Danimarkanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti