Azərbaycan Sinqapura antifriz ixrac etməyə başlayıb

Biznes
  • 21 dekabr, 2023
  • 07:05
Azərbaycan Sinqapura antifriz ixrac etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 5,22 milyon ABŞ dolları dəyərində 4 min ton antifriz idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 43 % çoxdur.

Azərbaycan Rusiyadan 1,36 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 1 min 659 ton (+55 %), Türkiyədən 1,11 milyon ABŞ dolları dəyərində (+13 %) 832 ton (+38 %), Almaniyadan 928 min ABŞ dolları dəyərində (+41 %) 367 ton (+42 %), Ukraynadan 472 min ABŞ dolları dəyərində (+25 %) 443 ton (+7,3 %), Belçikadan 374 min ABŞ dolları dəyərində (+17 %) 154 ton (+26 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 226 min ABŞ dolları dəyərində (+77 %) 216 ton (+49 %) antifriz ixrac edilib.

Azərbaycan İraqa 78 min ABŞ dolları dəyərində (+63 %) 92,2 ton (+48 %), Gürcüstana 64 min ABŞ dolları dəyərində (+6,4 dəfə) 62,4 ton (+6,2 dəfə), Rusiyaya 33,54 min ABŞ dolları dəyərində (+34 dəfə) 20,6 ton (+2 100 dəfə), Ukraynaya 32 min ABŞ dolları dəyərində 36 ton (bir il əvvəl tədarük olmayıb), Sinqapura 8,2 min ABŞ dolları dəyərində 0,88 ton antifriz satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapura tədarük həyata keçirilib.