Azərbaycan Sinqapur və Malayziyaya elektrik naqili ixracını bərpa edib
- 13 noyabr, 2023
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 29 milyon ABŞ dolları dəyərində 3 min 181 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,6 %, kəmiyyət olaraq – 3,4 % çoxdur.
Azərbaycan Türkiyədən 7,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 1 min 172 ton (-19 %), Çindən 6 milyon ABŞ dolları dəyərində (+42 %) 886,4 ton (+51 %), İtaliyadan 4,1 milyon ABŞ dolları dəyərində (+3,9 dəfə) 332 ton (+4,9 dəfə), Amerika Birləşmiş Ştatlarından 2,1 milyon ABŞ dolları dəyərində (-15 %) 22,3 ton (-50 %), Böyük Britaniyadan 2 milyon ABŞ dolları dəyərində (-2 %) 55,4 ton (+1 %) naqil alıb.
Hesabat dövründə Azərbaycan 8,3 milyon ABŞ dolları dəyərində (+84 %) 2 min 117 ton (+2,3 dəfə) elektrik naqili ixrac edil.
Azərbaycan Belarusa 3,3 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 901,4 ton (+3,4 dəfə), Gürcüstana 2,2 milyon ABŞ dolları dəyərində (+87 %) 693 ton (+2,3 dəfə), Ukraynaya 1,3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 302 ton (+2,4 dəfə), Türkiyəyə 264 min ABŞ dolları dəyərində (+16 dəfə) 44,1 ton (+29 dəfə), Rumıniyaya 262 min ABŞ dolları dəyərində (+131 dəfə) 41 ton (+1 min 367 dəfə) naqil satıb.
Azərbaycandan 1 il 6 aylıq fasilənin ardından Sinqapura (0,02 min ABŞ dolları dəyərində 0,01 ton), 1 il 4 aydan sonra Malayziyaya (1,7 min ABŞ dolları dəyərində 0,2 ton) tədarük bərpa edilib.