Azərbaycan sığortaçısı 3 illik strategiya hazırlayıb
- 29 sentyabr, 2021
- 07:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atəşgah Sığorta" ASC-nin rəhbərliyi və bir sıra əməkdaşlarının iştirakı ilə şirkətin 2019-2021-ci illərdə gördüyü işlər, eləcə də 2022-2024-cü illər üçün hazırladığı strategiya müzakirə edilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı keçirilmiş iclasda bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və onun iqtisadiyyata təsirləri öz növbəsində qarşıya qoyulan hədəflərə çatmağı çətinləşdirsə də, “Atəşgah Sığorta" son 3 ildə ədəflərinə çatmağa ümumilikdə nail olub və uğurlu nəticələr əldə edib.
Növbəti 3 illik strategiyasının hazırlanmasında isə ölkə prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülüb.
Ölkəmizin zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsinin açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də “Atəşgah Sığorta"nın 2022-2024-cü illər strategiyasında başlıca hədəf kimi nəzərdə tutulur.
Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi, problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi SWOT analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa yardımçı olub.
Növbəti 3 illik strategiyada ESG (ətraf mühit, sosial və idarəetmə) yönümlü tədbir və layihələrə geniş önəm veriləcək.