Azərbaycan Səudiyyə Ərəbistanına makaron ixracını 6 dəfə artırıb

Biznes
  • 11 oktyabr, 2024
  • 10:18
Azərbaycan Səudiyyə Ərəbistanına makaron ixracını 6 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,14 milyon ABŞ dolları dəyərində 3 min 859 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 46 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 931,39 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 1 min 543 ton (+56 %), İraqa 631 min ABŞ dolları dəyərində (+3,4 %) 1 min 471 ton (+15 %), İsrailə 418 min ABŞ dolları dəyərində 615 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 85 min ABŞ dolları dəyərində (+5 dəfə) 125,14 ton (+6 dəfə), Kanadaya 31,6 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 43 ton (+2,2 dəfə) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 11 ölkəyə ixrac edilmiş 5 min 557 ton makaronun 46,1 %-i İraqın, 43,3 %-i Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti