Azərbaycan Səudiyyə Ərəbistanına çay satışını kəskin artırıb
- 14 iyul, 2023
- 09:44
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 23,56 milyon ABŞ dolları dəyərində 4 min 430 ton qara çay gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 13 % azdır.
Azərbaycana Şri-Lankadan 19 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 3 min 475 ton (-21 %), Rusiyadan 2,142 milyon ABŞ dolları dəyərində (+27 %) 360 ton (+19 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (+93 %) 306 ton (+84 %), Keniyadan 619,2 min ABŞ dolları dəyərində (+53 %) 120 ton (+44,5 %), Vyetnamdan 230 min ABŞ dolları dəyərində (+14 %) 102,4 ton (-3 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 1,972 milyon ABŞ dolları dəyərində (-40 %) 212,67 ton (-59 %) qara çay ixrac edib.
Azərbaycan Gürcüstana 876,1 min ABŞ dolları dəyərində (-39 %) 95 ton (-44 %), Ukraynaya 561 min ABŞ dolları dəyərində (+61 %) 65,2 ton (+51 %), Birləşmiş Ərəb Əmirliklərinə 199,54 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 19,7 ton (+2,6 dəfə), Səudiyyə Ərəbistanına 72,5 min ABŞ dolları dəyərində (+725 dəfə) 6 ton (+600 dəfə), Rusiyaya 56,3 min ABŞ dolları dəyərində (-95,4 %) 7 ton (-97,5 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (23 ölkəyə) ixrac edilən 11,142 milyon ABŞ dolları dəyərində qara çayın 43,6 %-i Gürcüstanın, 36,9 %-i Rusiyanın payına düşüb.