Azərbaycan Serbiyadan tərəvəz toxumu idxalını bərpa edib

Biznes
  • 22 may, 2024
  • 11:54
Azərbaycan Serbiyadan tərəvəz toxumu idxalını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 37,1 ton tərəvəz toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 539 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 8,2 ton (+6 %), Braziliyadan 396 min ABŞ dolları dəyərində (-16 %) 0,01 ton (-95 %), Tanzaniyadan 259 min ABŞ dolları dəyərində (-40 %) 0,19 ton (-41 %), Hindistandan 256 min ABŞ dolları dəyərində (-18 %) 0,06 ton (-14 %), Tailanddan 236 min ABŞ dolları dəyərində (-12 %) 0,03 ton (-40 %) məhsul alıb.

Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Serbiyadan (7,3 min ABŞ dolları dəyərində 0,4 ton) tərəvəz toxumu tədarükünü bərpa edib.