Azərbaycan sentyabrda Kuzbassdan taxta-şalban alıb

Biznes
  • 09 oktyabr, 2023
  • 07:20
Azərbaycan sentyabrda Kuzbassdan taxta-şalban alıb

Bu ilin sentyabr ayında Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 0,3 kubmetr taxta-şalban idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ötən ay bölgədən ümumilikdə 3 331,9 kubmetr taxta-şalban ixrac edilib ki, bu da illik müqayisədə 3,2 dəfə azdır.

Sentyabrda Kuzbassın taxta-şalbanının əsas idxalçıları Çin (2 988 kubmetr), Qazaxıstan (128 kubmetr), Tacikistan (111 kubmetr), Qırğızıstan (60 kubmetr) və Özbəkistan (36 kubmetr) olub.

İxrac üçün bəyan edilmiş bütün partiyaların idxalçı ölkələrin tələblərinə uyğunluğu təsdiq edilib.

44 filmi