Azərbaycan sənaye robotlarının idxalını 40 dəfə artırıb
- 09 mart, 2024
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 2,22 milyon ABŞ dolları dəyərində 716 ədəd sənaye robotu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 40 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 dəfə çoxdur) 709 ədəd (+71 dəfə), Türkiyədən 166 min ABŞ dolları dəyərində (+45 %) 4 ədəd (dəyişməyib), Almaniyadan 15,24 min ABŞ dolları dəyərində (+3 dəfə) 1 ədəd (-50 %) və İtaliyadan 0,81 min ABŞ dolları dəyərində (+16 %) 2 ədəd (+2 dəfə) sənaye robotu alıb.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 251 min ABŞ dolları dəyərində sənaye robotlarının 45,4 %-i Türkiyənin, 27,9 %-i İtaliyanın payına düşüb.