Azərbaycan şəkər idxalına çəkdiyi xərci 8 % artırıb
- 19 dekabr, 2023
- 08:30
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 224,54 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 23,806 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 27,6 % azdır.
11 ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,4 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır.
11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.