Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə mayın 20-də Vasto şəhərinə səfər edəcək. "Report" İtaliyanın "Chieti Today" nəşrinə istinadən xəbər verir ki, səfir Vastoda senator Canluka Kastaldi ilə görüşəcək.
Azərbaycan böyüyüb, inkişaf etməyə istəyi, marağı və potensialı olan gənc ölkədir", - deyə senator azərbaycanlı diplomatın səfəri ərəfəsində bildirib.
Məlumata görə, səfər zamanı səfir qarşılıqlı əməkdaşlıq və ikitərəfli əlaqələrin yaradılması üçün bir sıra yerli şirkətlərin nümayəndələri ilə görüşəcək.
Senator bildirib ki, belə səfərlər və iş adamları ilə görüş beynəlxalq bazarlara çıxış açacaq, hər iki ölkənin şirkətləri arasında qarşılıqlı əməkdaşlığa yardım edəcək, gənc sahibkarların inkişafı üçün imkanlar yaradacaq.