Azərbaycan sahibkarları Türkmənistandan jakkard parça alışı ilə bağlı müqavilə imzalayıblar

Biznes
  • 31 avqust, 2023
  • 07:22
Azərbaycan sahibkarları Türkmənistandan jakkard parça alışı ilə bağlı müqavilə imzalayıblar

Azərbaycanlı sahibkarlar Türkmənistanın əmtəə birjasında ümumi dəyəri 154 min 100 ABŞ dolları olan jakkard parça almaq üçün müqavilə bağlayıblar.

“Report” Türkmənistan Dövlət Xammal və Əmtəə Birjasına istinadən xəbər verir ki, avqustun 29-da keçirilən əmtəə birjasında, həmçinin Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamları “Türkmennebit” dövlət konserni ilə ümumi dəyəri 4 milyon 183 min 875 ABŞ dolları olan aviasiya yanacağının alınmasına dair müqavilə imzalayıblar.

Əmtəə birjasında ümumi dəyəri 4 milyon 337 min 975 ABŞ dolları olan 2 əqd bağlanılıb.