Azərbaycan sahibkarları Aİ ölkələrin aqroturizm sahəsində təcrübələri ilə tanış olacaqlar

Azərbaycan sahibkarları Aİ ölkələrin aqroturizm sahəsində təcrübələri ilə tanış olacaqlar Azərbaycanda Qida Festivalının keçirilməsi davam etdiriləcək.
Biznes
4 Sentyabr , 2021 15:01
Azərbaycan sahibkarları Aİ ölkələrin aqroturizm sahəsində təcrübələri ilə tanış olacaqlar

Azərbaycanda Qida Festivalının keçirilməsi davam etdiriləcək.

Bunu "Report"a açıqlamasında İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə, Şamaxıda Qida Festivalının təşkili nəzərdə tutulur: "Şamaxı, Qobustan, Ağsuda fəaliyyət göstərən fermerlərin, sahibkarların dəvət edilməsi planlaşdırılır. Dağlıq Şirvan regionun qida imkanlarının təqdim edilməsi, fermerlərə və sahibkarlara daha yaxın dəstəyin göstərilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində Şəki, Zaqatala, Dağlıq Şirvanda fəaliyyət göstərən 10 sahibkar, fermer üçün biznes-planların hazırlanması nəzərdə tutulur. Bu biznes-plan əvəzsiz şəkildə tərtib olunacaq. Məqsəd - fermer və sahibkarların fəaliyyətinə dəstək verməkdir".

O əlavə edib ki, Azərbaycan fermerlərin Avropa İttifaqı ölkələrinə səfərlərini təşkil edəcəyik: "Pandemiya şərtlərindən aslı olaraq bu səfərlər 2022-ci ilin əvvəllərində baş tutacaq. Şəki, Zaqatala, Dağlıq Şirvanı təmsil edən 10 fermerin Avropa İttifaqına səfəri təşkil ediləcək. Məqsəd Aİ-nin turizm və aqroturizmlə bağlı təcrübəsi ilə yaxından tanış olmaq imkanı yaratmaqdır. Məqsədimiz fermerlərə və kiçik sahibkarlara dəstək göstərməkdir".

Xatırladaq ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı təşkil edilib.

Son xəbərlər

Orphus sistemi