Azərbaycan Rusiyaya kərə yağı ixracını kəskin artırıb
- 29 avqust, 2023
- 10:00
Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 45 milyon ABŞ dolları dəyərində 8 min 165 ton kərə yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 18 % azdır.
Azərbaycan Yeni Zelandiyadan 19,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 3 min 216 ton (-24 %), İrandan 13,3 milyon ABŞ dolları dəyərində (+3 %) 3 min 112 ton (+2,2 %), Ukraynadan 4,6 milyon ABŞ dolları dəyərində (+15 %) 820 ton (+26 %), Belarusdan 2,3 milyon ABŞ dolları dəyərində (-10 %) 349 ton (-14 %), Finlandiyadan 2 milyon ABŞ dolları dəyərində (-41 %) 278 ton (-54 %) məhsul gətirib.
Hesabat dövründə Azərbaycan xaricə 5,1 milyon ABŞ dolları dəyərində (+6,8 dəfə) 884,8 ton (+6,4 dəfə) kərə yağı ixrac edib.
Azərbaycan Rusiyaya 5 milyon ABŞ dolları dəyərində (+6,8 dəfə) 880 ton (+6,3 dəfə) və İraqa 42,5 min ABŞ dolları dəyərində 4,8 ton (bir il 8 aydan sonra tədarük bərpa edilib) məhsul satıb.