Azərbaycan Rusiyaya kartof ixracını artırıb

Azərbaycan Rusiyaya kartof ixracını artırıb Bu ilin əvvəlindən sentyabrın 12-nə qədər Rusiya digər MDB ölkələrindən 214,8 ton kartof idxal edib.
Biznes
15 Sentyabr , 2021 09:36
Azərbaycan Rusiyaya kartof ixracını artırıb

Bu ilin əvvəlindən sentyabrın 12-nə qədər Rusiya digər MDB ölkələrindən 214,8 ton kartof idxal edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Hazıırda Rusiyaya kartof ixrac edən əsas ölkələr 98,3 min tonla Belarus (illik müqayisədə 10,7 dəfə), 84,7 min tonla Azərbaycan (1,2 dəfə çox) və 28,9 min tonla Ermənistandır (71,1 dəfə).

Son 1 ildə Rusiyanın digər MDB ölkələrindən yerkökü idxalı da 14% artaraq 90,3 min tona çatıb. Əsas ixracatçı ölkələr 65,4 min tonla Belarus (9,6% çox), 12,7 min tonla Qırğızıstan (43,3% çox) və 6,6 min tonla Qazaxıstandır (19,1% çox). Bununla yanaşı, Özbəkistan, Azərbaycan və Türkmənistan da Rusiyaya kiçik həcmdə yerkökü ixrac edib.

Hesabat dövründə Rusiya digər MDB ölkələrindən çuğundur idxalının isə 17,1% artıraraq 17,3 min tona çatdırıb. Əsas tədarükçü ölkə Belarus olub. Bu ölkənin Rusiyaya çuğundur ixracı 17,9% artaraq 12,5 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi