Azərbaycan Rusiyanın Vladimir vilayətindən ət və süd məhsulları idxal edib

Biznes
  • 19 aprel, 2023
  • 08:19
Azərbaycan Rusiyanın Vladimir vilayətindən ət və süd məhsulları idxal edib

Bu il Azərbaycan Rusiyanın Vladimir vilayətindən 203,4 ton ət və 79,1 ton süd məhsulları idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, regiondan həmçinin Özbəkistana 42 ton ət, 279,9 ton süd, 120 ton yem və yem əlavələri, Tacikistana 54,8 ton süd, 82,5 ton yem və yem əlavələri, Türkmənistana isə 31,6 ton süd göndərilib.

Hesabat dövründə Vladimir vilayətindən ümumilikdə 364,1 ton ət məhsulları, 540,3 ton süd məhsulları və 265,5 ton isə yem və yem əlavələri ixrac edilib.