Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı artırır

Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı artırır Bu gün Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində qonşu ölkənin Saratov vilayətindən olan işgüzar nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes
16 Sentyabr , 2021 15:44
Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı artırır

Bu gün Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində qonşu ölkənin Saratov vilayətindən olan işgüzar nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” nümayəndəliyə istinadən xəbər verir ki, görüş Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin direktoru Sergey Mironovun iştirakı ilə baş tutub.

O, İT texnologiyası, yanğınsöndürmə sistemləri və sənaye qaz avadanlıqlarının tədarükü sahələrində Azərbaycan müəssisələrinin nümayəndələri ilə aparılan danışıqların nəticəsi barədə məlumat verib. S.Mironovun sözlərinə görə, səhiyyə sahəsindəki Saratovun inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.

Direktor deyib ki, müəssisələrinin məhsullarının sınaq partiyalarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün artıq müqavilələr imzalanıb.

Görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycan ilə Rusiya arasında “İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üçün 2020 -ci ildə imzalanan Yol Xəritəsi” çərçivəsində Azərbaycan tərəfinin müasir rəqəmsal texnologiyaların birgə tətbiqində maraqlı olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi