Azərbaycan Rusiyanın Bryansk vilayətindən quş əti idxal edib

Biznes
  • 03 avqust, 2022
  • 05:47
Azərbaycan Rusiyanın Bryansk vilayətindən quş əti idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Bryansk vilayəti üzrə idarəsi, bu ilin iyul ayında bölgədən ixrac edilən 3 min tondan çox mala nəzarət edib

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Səudiyyə Ərəbistanı, Monqolustan, Özbəkistan, Azərbaycan və Serbiyaya 2 180 ton quş əti, Səudiyyə Ərəbistanı, Çin, Mərakeş, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 403 ton mal əti, Serbiya və Rumıniyaya 364 ton zülallı yem qarışığı, Polşaya 147 ton yem mayası, Macarıstana 96 ton ət və sümük unu göndərilib.

Bu ilin əvvəlindən Bryanskdan 35 min tondan çox müxtəlif məhsullar ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Ümumi ixracın təqribən 87%-i ət və ət məhsulları, 10%-ə yaxını yem və yem əlavələri, təxminən 3%-i isə süd və süd məhsullarıdır.