Azərbaycan Rusiyadan toyuq əti alışını kəskin artırıb
- 20 sentyabr, 2023
- 06:00
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 24,2 milyon ABŞ dolları dəyərində 15 min 963 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq 12 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 6 min 592 ton (+92 %), Ukraynadan 8,9 milyon ABŞ dolları dəyərində (-35 %) 5 min 891 ton (-42 %), Gürcüstandan 2,9 milyon ABŞ dolları dəyərində (+41 %) 1 min 521 ton (+7,6 %), Belarusdan 2 milyon ABŞ dolları dəyərində (-56 %) 1 min 433 ton (-52 %), İrandan 344 min ABŞ dolları dəyərində 520 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 32 min 384 ton toyuq ətinin 56,2 %-i Ukraynanın, 19,8 %-i Rusiyanın payına düşüb.