Azərbaycan Rusiyadan taxta-şalban idxalını 54 % artırıb

Biznes
  • 20 mart, 2023
  • 09:43
Azərbaycan Rusiyadan taxta-şalban idxalını 54 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyadan 42,1 min kubmetr taxta-şalban idxal edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə meşə uçotunda ixtisaslaşan ümumrusiya təşkilatı “Roslesinforq” məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,9 % çoxdur.

Yanvar-fevral aylarında Rusiyanın ümumi taxta-şalban ixracı 2,6 milyon kubmetr olub ki, bu da illik müqayisədə 25 % azdır.

Hesabat dövründə Rusiyadan əsas taxta-şalban idxalçısı 61,4 min kubmetrlə Qazaxıstan (illik müqayisədə 19,5 % az) olub. Onu 49,3 min kubmetrlə Sinqapur (35,3 % çox), 46,6 min kubmetrlə Yaponiya (44,5 % çox), 42,1 min kubmetrlə Azərbaycan (53,9 % çox), 39,1 min kubmetrlə Cənubi Koreya (4,8 % çox) və 32,3 min kubmetrlə İordaniya (23,8 % çox) izləyib.