Azərbaycan Rusiyadan şam ağacı məhsulları idxal edib

Biznes
  • 05 aprel, 2025
  • 16:21
Azərbaycan Rusiyadan şam ağacı məhsulları idxal edib

Bu ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana və digər ölkələrə 105 min kubmetr şam ağacı məhsulları göndərilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, bu dövrdə Xantı-Mansiyski müstəqil dairəsinin Sovetsk rayonundan ixrac olunan ağac məhsulları 1 751 fitosanitariya sertifikatı ilə rəsmiləşdirilib. Ərazidən Çinə 52,5 min kubmetr (ümumi ixracın 50 %-i), Özbəkistana 31,5 min kubmetr (30 %), Qazaxıstana isə 16,8 min kubmetr (16 %) şam ağacı ixrac edilib. Qalan məhsulları isə Azərbaycan və Türkmənistan idxal edib.

Bütün ixrac olunan ağac məhsulları fitosanitariya vəziyyətini təsdiqləyən sertifikasiyadan keçib. Tədqiqatlar, "Rosselxoznadzor"un tabeliyindəki Tümen Fitosanitariya Sınaq Laboratoriyasının bazasında aparılıb. Əldə olunan nəticələrə əsasən, ixrac edilən məhsullarda karantin orqanizmləri aşkarlanmayıb və bütün məhsullar idxal edən ölkələrin karantin fitosanitariya tələblərinə uyğun gəlib.

44 - Tezliklə