Azərbaycan Rusiyadan palma yağı tədarükünü bərpa edib
- 08 iyul, 2023
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 14,68 milyon ABŞ dolları dəyərində 11 min 850 ton palma yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 51 % azdır.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 7,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78,5 % azdır) 5 min 911 ton (-73,6 %), Malayziyadan 7,225 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 5 min 938 ton (+3,3 dəfə), Türkiyədən 4,66 min ABŞ dolları dəyərində 1,25 ton (bir il əvvəl tədarük olmayıb), və Rusiyadan 0,17 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.
Azərbaycan bir il iki aylıq fasilənin ardından Rusiyadan palma yağının tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilən 72 min 586 ton palma yağının 77,3 %-i İndoneziyanın, 18,6 %-i Malayziyanın payına düşüb.