Azərbaycan Rusiyadan heyvan piyi idxal etməyə başlayıb

Biznes
  • 30 mart, 2024
  • 13:09
Azərbaycan Rusiyadan heyvan piyi idxal etməyə başlayıb

2023-cü ildə Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 678 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən həm dəyər ifadəsində, həm də kəmiyyət olaraq 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 706,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 409,7 ton (+16 dəfə), Rusiyadan 193,9 min ABŞ dolları dəyərində 115,9 ton, İrandan 107,95 min ABŞ dolları dəyərində (-3 %) 45,85 ton (-8 %), Monqolustandan 80 min ABŞ dolları dəyərində (+21 %) 40 ton (+2,6 %), Braziliyadan 78,2 min ABŞ dolları dəyərində (-50 %) 50 ton (-49 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyadan tədarük həyata keçirilib.