Azərbaycan Rusiyadan elektrik naqil idxalını 28 dəfə artırıb

Biznes
  • 24 iyun, 2024
  • 13:36
Azərbaycan Rusiyadan elektrik naqil idxalını 28 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 16,2 milyon ABŞ dolları dəyərində 2 min 397 ton elektrik naqilləri (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 72 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çoxdur) 965 ton (+28 dəfə), Türkiyədən 4,9 milyon ABŞ dolları dəyərində (+29 %) 639 ton (+10 %), Çindən 2,35 milyon ABŞ dolları dəyərində (+3,2 %) 365 ton (+6 %), Belarusdan 967 min ABŞ dolları dəyərində (+4 dəfə) 266 ton (+3 dəfə), Ukraynadan 535 min ABŞ dolları dəyərində (+24 %) 88 ton (+16 %) naqil alıb.

2023-cü ildə Azərbaycana 67 ölkədən idxal edilmiş 5 min 436 ton elektrik naqilin 31,3 %-i Türkiyənin, 22,6 %-i Çinin, 15,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti