Azərbaycan Rusiyadan dəmir və polad məftil alışını kəskin artırıb
- 13 iyun, 2024
- 11:24
Bu ilin yanvar-mart aylarında Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 3 min 630 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 13 % azdır.
Hesabat dövründə Azərbaycana Rusiyadan 1,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 2 min 127 ton (+2 dəfə), Türkiyədən 683 min ABŞ dolları dəyərində (+29 %) 558 ton (+24 %), İrandan 669 milyon ABŞ dolları dəyərində (-79 %) 834 ton (-67 %), Çindən 64 min ABŞ dolları dəyərində (+8 %) 63 ton (+24 %), Gürcüstandan 42 min ABŞ dolları dəyərində (-48 %) 48 ton (-48 %) məmulat gətirilib.
2023-cü ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 15,52 min ton dəmir və polad məftilin 43,8 %-i İranın, 35 %-i Rusiyanın payına düşüb.