Azərbaycan Rusiyadan badam idxalını bərpa edib

Biznes
  • 19 mart, 2024
  • 07:05
Azərbaycan Rusiyadan badam idxalını bərpa edib

2023-cü ildə Azərbaycan xaricdən 3,9 milyon ABŞ dolları dəyərində 717 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycana Amerika Birləşmiş Ştatlarından (ABŞ) 3,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 648 ton (-4 %), Avstraliyadan 197 min ABŞ dolları dəyərində (+2 dəfə) 30,4 ton (+2 dəfə), Rusiyadan 105,2 min ABŞ dolları dəyərində 20 ton, Özbəkistandan 37 min ABŞ dolları dəyərində (+32 %) 5,3 ton (+51 %), Türkiyədən 32,4 min ABŞ dolları dəyərində (-18 %) 6,1 ton (-6 %) məhsul gətirilib.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Rusiyadan badam tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 741 ton badamın 91 %-i ABŞ-nin payına düşüb.