Azərbaycan Rusiyadan armud idxalını bərpa edib
- 12 fevral, 2024
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində 1 min 618 ton armud idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 30 % azdır.
Hesabat dövründə Azərbaycan Belçikadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % azdır) 1 min 117 ton (-26 %), Niderlanddan 158 min ABŞ dolları dəyərində (+36 %) 175 ton (+36 %), Cənubi Afrikadan 135,4 min ABŞ dolları dəyərində (-33 %) 149,25 ton (-33 %), Türkiyədən 108,2 min ABŞ dolları dəyərində (-62 %) 120,3 ton (-62 %), Polşa 22 min ABŞ dolları dəyərində (-69 %) 20 ton (-75 %) məhsul alıb.
Azərbaycan 5 il 2 aylıq fasilənin ardından Rusiyadan (8,2 min ABŞ dolları dəyərində 16,43 ton) armud tədarükünü bərpa edib.