Azərbaycan Rusiyadan alışdırma şamlarının idxalını 4 dəfə artırıb

Biznes
  • 14 avqust, 2024
  • 10:14
Azərbaycan Rusiyadan alışdırma şamlarının idxalını 4 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 1 milyon 414 min 110 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 2,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Yaponiyadan 598,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çoxdur) 130 min 201 ədəd (+99 %), Çindən 535,3 min ABŞ dolları dəyərində (-12 %) 781 min 301 ədəd (-16 %), Amerika Birləşmiş Ştatlarından 387,1 min ABŞ dolları dəyərində (+98 %) 4 min 372 ədəd (-44 %), Cənubi Koreyadan 230,3 min ABŞ dolları dəyərində (-9 %) 74 min 155 ədəd (-15 %), Rusiyadan 196 min ABŞ dolları dəyərində (+15 dəfə) 288 min 531 ədəd (+4 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 3,35 milyon ədəd alışdırma şamının 68,2 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti