Azərbaycan Rusiya və Özbəkistandan heyva idxalına başlayıb

Biznes
  • 29 fevral, 2024
  • 06:18
Azərbaycan Rusiya və Özbəkistandan heyva idxalına başlayıb

2023-cü ildə Azərbaycan 54,1 min ABŞ dolları dəyərində 53,4 ton heyva idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 43 min ABŞ dolları dəyərində 41,55 ton, Özbəkistandan 6,15 min ABŞ dolları dəyərində 4,7 ton, Türkiyədən 5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 85 % çoxdur) 7 ton (-85 %) heyva alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan və Rusiyadan tədarük həyata keçirilib.