Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib - YENİLƏNİB

Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib - YENİLƏNİB Azərbaycan Dövlət Gömrük Komitəsi bununla bağlı məlumat yayıb
Biznes
11 Noyabr , 2016 12:47
Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib - YENİLƏNİB

İlk xəbər 12:09-da verilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. "Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.

Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün DGK-nın rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi