Azərbaycan Rumıniyaya karbamid ixracını 6 dəfə artırıb

Biznes
  • 01 aprel, 2024
  • 09:30
Azərbaycan Rumıniyaya karbamid ixracını 6 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 10,4 milyon ABŞ dolları dəyərində 63 min 684 ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rumıniyaya 4,34 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 26 min 612 ton (+6 dəfə), Türkiyəyə 3,61 milyon ABŞ dolları dəyərində 22 min ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 1,92 milyon ABŞ dolları dəyərində 12 min ton (bir il əvvəl tədarük olmayıb) və Albaniyaya 480 min ABŞ dolları dəyərində 2 min 998 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 362 min 207 ton karbamidin 33,8 %-i Rumıniyanın, 17 %-i Ukraynanın, 17 %-i Türkiyənin payına düşüb.