Azərbaycan Rumıniyadan günəş eynəklərinin idxalını bərpa edib

Biznes
  • 12 oktyabr, 2024
  • 11:09
Azərbaycan Rumıniyadan günəş eynəklərinin idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 3,79 milyon ABŞ dolları dəyərində 1 milyon 442 min 477 ədəd günəş eynəyi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 29 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) 1 milyon 412 min 891 ədəd (+30 %), İtaliyadan 981,5 min ABŞ dolları dəyərində (+11 %) 12 min 40 ədəd (+17,2 %), Yaponiyadan 101,2 min ABŞ dolları dəyərində (+1 %) 443 ədəd (+11 %), Türkiyədən 82,21 min ABŞ dolları dəyərində (+82 %) 12 min 414 ədəd (+11 %), Fransadan 47,6 min ABŞ dolları dəyərində (+92 %) 232 ədəd (+4,7 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Rumıniyadan (5,55 min ABŞ dolları dəyərində 135 ədəd) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti