Azərbaycan Rumıniya ilə energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Rumıniya ilə energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib Azərbaycan Rumıniya ilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Biznes
1 İyun , 2023 11:18
Azərbaycan Rumıniya ilə energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Rumıniya ilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə keçirtdiyi görüşdə aparılıb.

İqtisadiyyat naziri Rumıniya ilə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rumıniya iqtisadi-ticarət tərəfdaşlığı genişlənir, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin inkişafı nəticəsində ticarət dövriyyəsi artır. Bununla belə, ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür. Nazir iki ölkənin biznes subyektlərinin qarşılıqlı faydalı əməkdaşlığını, SOCAR-ın Rumıniyada səmərəli fəaliyyətini qeyd edib.

V. Popesku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi