Azərbaycan Rostovdan çapaq balığı və hindtoyuğu əti alıb

Biznes
  • 24 oktyabr, 2023
  • 11:58
Azərbaycan Rostovdan çapaq balığı və hindtoyuğu əti alıb

Bu ay Azərbaycan Rusiyanın Rostov vilayətindən 20 ton dondurulmuş çapaq balığı və 18 ton hindtoyuğu əti idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, məhsullar laboratoriyalarda yoxlanılıb və ixracına icazə verilib.