Azərbaycan Qırğızıstandan istiot tədarük etməyə başlayıb

Biznes
  • 30 aprel, 2024
  • 07:20
Azərbaycan Qırğızıstandan istiot tədarük etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 734 min ABŞ dolları dəyərində 176 ton istiot idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 229 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 62 ton (-14 %), Türkiyədən 223 min ABŞ dolları dəyərində (+4 dəfə) 46 ton (+4 dəfə), Qırğızıstandan 98 min ABŞ dolları dəyərində 14 ton, Hindistandan 46 min ABŞ dolları dəyərində (+9 %) 19 ton (+12 %), Braziliyadan 43 min ABŞ dolları dəyərində (-36 %) 9 ton (-47 %) istiot alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan tədarük həyata keçirilib.