Azərbaycan Qırğızıstana şəkər satışını kəskin artırıb
- 31 iyul, 2023
- 09:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 13,34 milyon ABŞ dolları dəyərində 18 min 581 ton şəkər göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Azərbaycan Türkmənistana 8,494 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 11 min 976 ton (+36,4 %), Gürcüstana 2,5 milyon ABŞ dolları dəyərində (-18 %) 3 min 571 ton (-27 %), Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), Rusiyaya 488,1 min ABŞ dolları dəyərində (+53 %) 393 ton (+31 %), Qazaxıstana 51,14 min ABŞ dolları dəyərində 73,51 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycan xaricdən 1,5 milyon ABŞ dolları dəyərində (+7,8 dəfə) 2 min 176 ton (+9,4 dəfə) şəkər alıb.
Azərbaycana Rusiyadan 1,334 milyon ABŞ dolları dəyərində (+78 dəfə) 2 min 22 ton (+246 dəfə), Belarusdan 109 min ABŞ dolları dəyərində (+1 557 dəfə) 136 ton (+3 375 dəfə), Çindən 17,2 min ABŞ dolları dəyərində 2,24 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 9,62 min ABŞ dolları dəyərində (+4 dəfə) 3,65 ton (+2,4 dəfə), İrandan 8,4 min ABŞ dolları dəyərində (+47 dəfə) 7 ton (+47 dəfə) şəkər idxal edilib.