Azərbaycan qeyri-neft ixracını 40%-ə yaxın artırıb

Azərbaycan qeyri-neft ixracını 40%-ə yaxın artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının dəyəri 6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft ixracının dəyəri 461,8 milyon ABŞ dolları təşkil edib.
Biznes
5 Mart , 2022 17:30
Azərbaycan qeyri-neft ixracını 40%-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının dəyəri 6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft ixracının dəyəri 461,8 milyon ABŞ dolları təşkil edib.

“Report”un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə “İxrac icmalı”nın mart sayında bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 39,4% artıb.

O cümlədən meyvə-tərəvəz məhsullarının ixrac dəyəri 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 milyon ABŞ dolları olub.

2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi