Azərbaycan Qazaxıstandan saat tədarükünü bərpa edib
- 23 mart, 2024
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 961,3 min ABŞ dolları dəyərində 212 min 859 ədəd divar saatı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq 20,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 715,43 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 179 min 939 ədəd (+46 %), İrandan 187,3 min ABŞ dolları dəyərində (-32 %) 29 min 541 ədəd (-26 %), Türkiyədən 16,92 min ABŞ dolları dəyərində (-65 %) 1 min 221 ədəd (-90 %), İtaliyadan 11,6 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 56 ədəd (+6 dəfə), Rusiyadan 10,9 min ABŞ dolları dəyərində (+8 dəfə) 1 904 ədəd (+6 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Qazaxıstandan (2,9 min ABŞ dolları dəyərində 52 ədəd) tədarükü bərpa edib.