Azərbaycan Qazaxıstandan çay idxalını bərpa edib
- 23 may, 2024
- 08:01
Bu ilin yanvar-mart aylarında Azərbaycan 11,35 milyon ABŞ dolları dəyərində 2 min 310 ton qara çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 30 % azdır.
Hesabat dövründə Azərbaycana Şri-Lankadan 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % azdır) 1 min 432 ton (-46 %), Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (+60 %) 449 ton (+70 %), Hindistandan 1 milyon ABŞ dolları dəyərində (+31 %) 317 ton (+43 %), Keniyadan 226 min ABŞ dolları dəyərində (+97 %) 72 ton (+3 dəfə), İrandan 123 min ABŞ dolları dəyərində (-5 %) 20,5 ton (-9 %) məhsul gətirilib.
Azərbaycan 11 il 1 aylıq fasilənin ardından Qazaxıstandan (0,13 min ABŞ dolları dəyərində 0,02 ton) qara çay tədarükünü bərpa edib.