Azərbaycan Qazaxıstandan alüminium məftil alışını bərpa edib
- 15 mart, 2024
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 11,6 milyon ABŞ dolları dəyərində 4 min 125 ton alüminium məftil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 8,5 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 10,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 3 min 757 ton (+95 %), İrandan 643 min ABŞ dolları dəyərində (-78 %) 244,4 ton (-75 %), Türkiyədən 272,3 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 70,7 ton (+5,5 dəfə), Çindən 109 min ABŞ dolları dəyərində (-86 %) 26,3 ton (-83 %), Qazaxıstandan 53,6 min ABŞ dolları dəyərində 19,5 ton məhsul alıb.
İki il 9 ayın tamamında Azərbaycan Qazaxıstandan alüminium məftil tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 3 min 218 ton alüminium məftilin 60 %-i Rusiyanın, 30 %-i İranın payına düşüb.