Azərbaycan Qazaxıstana qızılbalıq ixracını bərpa edib

Biznes
  • 13 mart, 2024
  • 06:44
Azərbaycan Qazaxıstana qızılbalıq ixracını bərpa edib

2023-cü ildə Azərbaycan 393,35 min ABŞ dolları dəyərində 12,41 ton qızılbalıq (təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş, qurudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 68 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 126 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % çoxdur) 6 ton (+3 dəfə), Türkiyəyə 107,5 min ABŞ dolları dəyərində (-30 %) 1,9 ton (-60 %), Qazaxıstana 105 min ABŞ dolları dəyərində 3,5 ton və Gürcüstana 53,9 min ABŞ dolları dəyərində (+12 dəfə) 1 ton (+49 %) qızılbalıq satıb.

Azərbaycan 9 il 2 aylıq aradan sonra Qazaxıstana qızılbalıq tədarükünü bərpa edib.