Azərbaycan Qazaxıstana nar ixracını 28 dəfə artırıb
- 09 iyun, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan xarici ölkələrə 7,6 milyon ABŞ dolları dəyərində 5 min 831 ton nar ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 4,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 7,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 5 min 151 ton (+4,3 dəfə), Ukraynaya 126,8 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 266,3 ton (+2,7 dəfə), Belarusa 106,8 min ABŞ dolları dəyərində 81,9 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 95,7 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 250,8 ton (+96 %) və Qazaxıstana 60,9 min ABŞ dolları dəyərində (+70 dəfə) 81,5 ton (+28 dəfə) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 23 min 335 ton narın 85 %-i Rusiyanın payına düşüb.