Azərbaycan Qazaxıstana doğranmış kartof ixrac edəcək

Azərbaycan Qazaxıstana doğranmış kartof ixrac edəcək Bakı. 8 oktyabr. REPORT.AZ/ “Made in Azerbaijan brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstana təşkil edilmiş ixrac missiyası başa çatıb.
Biznes
8 Oktyabr , 2018 17:08
Azərbaycan Qazaxıstana doğranmış kartof ixrac edəcək
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstana təşkil edilmiş ixrac missiyası başa çatıb. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, missiya çərçivəsində Azərbaycan sahibkarları ilə Qazaxıstan şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib, ixrac məsələləri müzakirə olunub, spirtli və spirtsiz içkilərin, doğranmış kartofun ixracına dair razılıq əldə edilib. 

Qeyd edək ki, 30 sentyabr - 5 oktyabr tarixlərini əhatə edən, İnşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin iştirak etdiyi ixrac missiyası Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilmişdi. 

Son xəbərlər

Orphus sistemi